Fransanın Baş naziri Sebastyan Lekorny ölkədə baş verən iğtişaşlarla bağlı böhran qərargahının iclasından sonra departamentlərin prefektlərinə bəzi ərazilərdə komendant saatı tətbiq etmək barədə göstəriş verib.
Editor.az “Le Figaro” nəşrinin məlumatına görə xəbər verir ki, baş nazir bu axşam bir sıra ərazilərdə, xüsusilə şəhərlərin mərkəzi hissələrində qismən komendant saatının tətbiq edilməsini istəyib.
Lekorny bildirib ki, bu tədbirin əsas məqsədlərindən biri, xüsusilə, sahibkarlıq subyektlərinin təhlükəsizliyini təmin etməkdir.
Baş nazirin sözlərinə görə, zərurət yaranarsa, fövqəladə vəziyyət də elan edilə bilər. Bununla belə, hazırkı mərhələdə komendant saatının tətbiqi daha məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, bir gün əvvəl Fransanın Prezidenti Emmanuel Makron xalqa təcili müraciət edərək hökuməti etirazların və iğtişaşların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb. O, həmçinin talanlarda iştirak edən şəxslərin cəzalandırılacağını və zərər çəkmiş sahibkarlara dəstək göstəriləcəyini vəd edib.
Makronun çıxışı müxalifət nümayəndələri tərəfindən tənqid olunub. Onlar ölkədəki sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.
Bundan əvvəl İtaliyada da həyatın bahalaşmasına qarşı keçirilən etirazlar zamanı iğtişaşların baş verdiyi bildirilmişdi.
//Gülnarə Abasova, Editor.az




