Dünya · Modern.az

Kiyevsiz Ukraynada davamlı sülh mümkün deyil

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevsiz Ukraynada davamlı sülh mümkün deyil
Kiyevsiz Ukraynada davamlı sülh mümkün deyil

Ukraynada münaqişənin davamlı və sülh yolu ilə həlli üçün Kiyev tərəfindən məsuliyyət daşıyacaq şəxsin danışıqlar prosesinə cəlb olunması vacibdir.

Modern.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

Peskov qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik və sülh təşəbbüslərini davam etdirir. Rusiya tərəfi Vaşinqtonun bu səylərini yüksək qiymətləndirir.

Kremlin sözçüsü Avropadakı vəziyyətə də münasibət bildirib. Onun sözlərinə görə, Avropada hökm sürən qarışıqlıq artıq xaos həddinə çatıb və ciddi böhranın əlamətləri açıq şəkildə özünü göstərir.

Peskov Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşünə də toxunub.

O bildirib ki, belə bir görüşün keçirilməsi və onun gündəliyi ilə bağlı hələlik konkret razılaşma əldə olunmayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑