Dünya · Trend.az

Yunanıstan Ukraynaya "Patriot" raketləri verməkdən imtina etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yunanıstan Ukraynaya "Patriot" raketləri verməkdən imtina etdi xəbəri üçün şəkil

Bakı.Trend:

Yunanıstan özünün müdafiə qabiliyyətini zəiflətmək istəmədiyi üçün Ukraynaya “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün raketlər tədarük etməyəcək.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

“Biz öz ehtiyatlarımızdan əhəmiyyətli həcmdə hava hücumundan müdafiə vasitələri təqdim etməklə Ukraynaya dəstək göstərmişik. Eyni zamanda, tam səmimi olmaq istəyirəm: Yunanıstanın müdafiə qabiliyyətini zəiflətmədən Ukraynaya dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz də təhlükəsizlik baxımından həssas regionda yerləşirik və digər öhdəliklərimiz də var”, – deyə o qeyd edib.

Yunanıstanın Kathimerini nəşrinin məlumatına görə, Kiyev Yunanıstandan istismar müddəti başa çatmaq üzrə ola bilən 200-dək PAC-2 raketinin verilməsini xahiş edib.

Xatırladaq ki, oktyabrın 15-də CNN telekanalı mənbələrə istinadən Kiyevin “Patriot” zenit-raket kompleksləri üçün raket ehtiyatlarının tamamilə tükəndiyi barədə məlumat yaymışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑