Dünya · Teleqraf

Paris meri sakinləri şəhərin təmizlənməsi üçün köməyə çağırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paris meri sakinləri şəhərin təmizlənməsi üçün köməyə çağırıb xəbəri üçün şəkil

BAKI, 19 oktyabr. TELEQRAF

Fransanın paytaxtı Parisdə kütləvi iğtişaşlardan sonra yüzlərlə sakin şəhərin təmizlənməsi və dağıntıların aradan qaldırılması işlərinə qoşulub.

Teleqraf.az xəbər verir ki, bu barədə Paris meri Emmanuel Qrequar “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Hər kəsi bizə qoşulmağa və kömək etməyə çağırıram!” – mer paylaşımında bildirib.

Qrequar özünün də bərpa işlərində iştirak etdiyini və iğtişaşlar zamanı zərər görmüş mağaza sahiblərinə dəstək verdiyini qeyd edib.

Paris meriyasının rəsmi məlumatına görə, oktyabrın 17-də baş verən iğtişaşlardan sonra küçələrin təmizlənməsinə və ictimai məkanların bərpasına 1000-ə yaxın kommunal xidmət əməkdaşı cəlb olunub. Zərərçəkən sahibkarlara yardım göstərilməsi üçün xüsusi operativ qrup yaradılıb.

Xatırladaq ki, oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfər saxlanılıb. İğtişaşlar nəticəsində bir sıra şəhərlərdə mağazalara, ictimai obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑