Dünya · Teleqraf

İran öz istehsalı olan yeni qırıcı təyyarəni sınaqdan keçirməyə hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran öz istehsalı olan yeni qırıcı təyyarəni sınaqdan keçirməyə hazırlaşır xəbəri üçün şəkil

BAKI, 19 oktyabr. TELEQRAF

İran yerli istehsal olan ağır qırıcı təyyarəsini 2027-ci ildə ilk dəfə havaya qaldırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi bildirib.

Nazirin sözlərinə görə, qırıcı təyyarə İran Müdafiə Nazirliyinin Aviasiya Təşkilatı tərəfindən hazırlanıb.

“Bu qırıcı İran İslam Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən aviasiya təşkilatında yaradılıb”, - deyə nazirin sözlərini IRIB yayıb.

Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqinin müdafiə naziri vəzifəsinə təyinatını təsdiqləyib. Onun namizədliyini 237 deputat dəstəkləyib.

Qırıcının texniki göstəriciləri və sınaq uçuşunun dəqiq tarixi barədə əlavə məlumat açıqlanmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑