Dünya · Azxeber.com

Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib xəbəri üçün şəkil
Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib.
Bu barədə "Haber Global" xəbər verir.
Məlumata görə, hadisə İnegöl rayonunda keçirilən dini mərasimdə qeydə alınıb. Tədbirdən təxminən üç saat sonra mərasimin bəzi iştirakçıları ürəkbulanma və qusma əlamətləri hiss etməyə başlayıblar. Zərərçəkənlər İnegöl Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edilir ki, sakinlərin və ətraf ərazilərdən çox sayda insanın qatıldığı tədbirdə təxminən 1 000 nəfərə yemək paylanılıb.
Qida zəhərlənməsinin toyuq əti və düyüdən qaynaqlandığı ehtimal edilir.
Jandarm hadisə ilə bağlı araşdırmaya başlayıb.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑