Dünya · Azxeber.com

Makron Fransadakı iğtişaşları “son dərəcə ciddi” adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makron Fransadakı iğtişaşları “son dərəcə ciddi” adlandırıb xəbəri üçün şəkil
Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də ölkədə baş verən iğtişaşları "son dərəcə ciddi” adlandıraraq hökuməti hadisələrdən nəticə çıxarmağa və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
Makron televiziya ilə yayımlanan müraciətində Fransanın radikal qrupların törətdiyi zorakılıqla üzləşdiyini bildirib.
Dövlət başçısı siyasi partiyaları və həmkarlar ittifaqlarını zorakılığı qətiyyətlə pisləməyə, əhalini sakitliyə çağırmağa səsləyib. O, 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi müzakirələrin küçə zorakılığı ilə deyil, siyasi dialoq vasitəsilə aparılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçılar aksiyalarda 800 min, Daxili İşlər Nazirliyi isə 550 min nəfərin iştirak etdiyini bildirib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili işlər naziri Loran Nunyes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını açıqlayıb.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑