Dünya · Azxeber.com

Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib xəbəri üçün şəkil
Kanadada Ueynrayt bazasında partlayış və sonrakı yanğın dörd nəfərin ölümünə səbəb olub.
Bu barədə Kanadanın Baş naziri Mark Karni məlumat verib.
"Alberta vilayətində yanğın (partlayışdan sonra) sürətlə yayılaraq Ueynraytdakı silahlı qüvvələrin bazasını bürüyüb. Bu, Kanada Silahlı Qüvvələrinə dinc dövrdə təsir edən ən pis faciələrdəndir. Hazırkı vaxta qədər dörd hərbçi həlak olub. Vəziyyət sürətlə inkişaf edir", - Baş nazir Ottavada jurnalistlərə bildirib.
O, əlavə edib ki, faciə yerinə bir neçə nazir və Silahlı Qüvvələrin yüksək vəzifəli şəxslərini göndərib.
M.Karni əlavə edib ki, milli matəm elan olunub. "Mən bütün federal binalarda bayraqların yarıyadək endirilməsini əmr etdim", - o vurğulayıb.
"Global News" telekanalı daha əvvəl yeddi nəfərin öldüyünü xəbər verib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑