Dünya · Azxeber.com

Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək xəbəri üçün şəkil
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib.
Danışıqlarda beynəlxalq və regional məsələlərin, xüsusilə İran ətrafındakı vəziyyətin və Yaxın Şərqdə gərginliyin azaldılması yollarının müzakirəsi planlaşdırılır.
Rusiya tərəfi görüşün əsas məqsədlərindən birinin iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsini sürətləndirmək və hərtərəfli strateji tərəfdaşlığı gücləndirmək olduğunu bildirib.
Tərəflər həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığını, iri nəqliyyat-logistika və enerji layihələrinin icrasını müzakirə edəcəklər. BMT çərçivəsində koordinasiyanın artırılması, eləcə də BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də gündəlikdədir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, 2026-cı ildə Lavrovla Əraqçi arasında dördüncü üzbəüz görüş olacaq.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑