Dünya · Publika.az

ABŞ kəşfiyyat məlumatları ötürmür - Rusiya Kiyevi xarabalığa çevirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ kəşfiyyat məlumatları ötürmür - Rusiya Kiyevi xarabalığa çevirir xəbəri üçün şəkil

Rusiya Silahlı Qüvvələri Ukraynadakı hədəflərə gecə ərzində zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə yerli monitorinq mənbələri məlumat yayıb.

Digər məsələlərlə yanaşı, Ukrayna paytaxtının ən böyük enerji obyektləri də hücuma məruz qalıb. 4-cü İES və 6-cı İES-lərdəki partlayışlardan sonra Kiyevdə elektrik kəsilib, metro qismən sıradan çıxıb və qatarların hərəkəti dayandırılıb.

Əməliyyatda “Geran-5” reaktiv mühərrikli dronlardan istifadə edilib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri RM-48U ballistik raketlərindən istifadə ediblər.

Medianın məlumatına görə, Ukraynanın Qərb müttəfiqləri Kiyevi hücum barədə xəbərdar etməkdə gecikiblər. “Telegram” kanalı “Mash”ın məlumatına görə, ilk zərbələrdən sonra Ukrayna paytaxtında hava hücumu siqnalı səsləndirilib.

ABŞ 13 oktyabrda Kiyevə kəşfiyyat məlumatlarını verməyi dayandırıb.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑