Dünya · Axar.az

Putin Tramp və Szinpinə görüş təklif etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Tramp və Szinpinə görüş təklif etdi xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderlərinə gələn ay görüşərək Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Rusiya kəşfiyyatının keçmiş əməkdaşı və ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.

Rusiya kəşfiyyatının keçmiş əməkdaşının sözlərinə görə, Putin bu ideyanı oktyabrın 9-da ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib.

ABŞ-ın yüksək vəzifəli rəsmisi isə bildirib ki, Ağ Ev rəhbəri hələlik sammitin keçirilməsinə razılıq verməyib:

“Bununla belə, ABŞ prezidentinin seçkiqabağı vədini yerinə yetirmək və münaqişəni həll etmək istəyini nəzərə alsaq, Tramp bu ideyaya müsbət yanaşa bilər”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑