Dünya · Bakı Xəbər

“Ukraynada müharibədə heç kim qalib gəlmir” - Rubio

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Ukraynada müharibədə heç kim qalib gəlmir” - Rubio xəbəri üçün şəkil



ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqların davam etdiyini bildirib və "heç kimin müharibədə qalib gəlmədiyini" vurğulayıb.

"Ukraynada müharibədə heç kim qalib gəlmir. İnsanlar hər gün ölür. Hər gün nəsə partladılır və məhv edilir. Tramp davam edən danışıqların uğurlu olub-olmadığını görmək istədiyi üçün sanksiyaları 60 gün müddətinə dayandırıb" - deyə Rubio jurnalistlərə bildirib.

Putinin sülh danışıqlarına açıq olduğuna dair hər hansı bir dəlil olub-olmadığı sualına isə Rubio "Bu, cinayət işi deyil" cavabını verib: "Bu, diplomatiya ilə bağlıdır. Diplomatiya sınaqdan keçirilməyə davam etməlidir".

O əlavə edib ki, Ukraynadakı müharibəyə səbəb olan və bu günə qədər aktuallığını qoruyan amilləri həll etmək asan deyil, lakin Vaşinqton diplomatik səylərini davam etdirəcək.

Tahir TAĞIYEV

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑