Dünya · Sfera.az

Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi xəbəri üçün şəkil

Latviya pestisidlərə görə Ermənistanda istehsal olunan yaşıl çayın Aİ-yə idxalını qadağan edib

Sfera.az xəbər verir ki, Latviya qadağan olunmuş "tolfenpirad" pestisidinin aşkarlanması və daha iki pestisidin yol verilən miqdarının icazə verilən normalardan yüksək olması səbəbindən Ermənistandan gətirilən 57,6 kiloqram yaşıl çayın Avropa İttifaqına idxalını qadağan edib.

Latviya Qida və Baytarlıq Xidməti (PVD) bildirib ki, pozuntular laboratoriya analizləri ilə təsdiqlənib.

Çay partiyasının məhv edilməsi və ya Avropa İttifaqının ərazisindən çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Avropa İttifaqı Ermənistana bir sıra kənd təsərrüfatı məhsullarının Birliyə ixracında güzəştlər etmişdi.\\milli.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑