Dünya · Bakupost.az

Fransada kütləvi etirazlar: Polis vəziyyətə nəzarəti itirdi- VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada kütləvi etirazlar: Polis vəziyyətə nəzarəti itirdi- VİDEO xəbəri üçün şəkil

“Polis ötən həftəsonu etiraz aksiyalarının talan və dağıntılarla müşayiət olunduğu bir neçə şəhərdə vəziyyətə nəzarəti itirib”.
"Bakupost" xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunes deyib.
“Bəli, bəzi şəhərlərdə nəzarət itirildi”, - nazir “France Inter” radiosunun efirində bildirib. Nunes əlavə edib ki, hüquq-mühafizə orqanları vəziyyətin miqyasını da tam proqnozlaşdıra bilməyib.
“Baş verən hər şeyə görə məsuliyyət daşıdığım üçün istefa ərizəsi verdim”, - deyən Nunes Fransa Prezidenti Emmanuel Makronun qəbul etmədiyi istefa müraciətini şərh edərkən vurğulayıb.
Daxili işlər nazirinin sözlərinə görə, təkcə bazar günü Parisdə 350 nəfər saxlanılıb.
Həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Nunes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib və hakimiyyətin talan və qarət hadisələrində iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəyini vəd edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑