Dünya · Trend.az

Fransanın bir neçə şəhəri polisin nəzarətindən çıxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransanın bir neçə şəhəri polisin nəzarətindən çıxıb xəbəri üçün şəkil

Bakı.Trend:

Ötən həftəsonu kütləvi iğtişaşların baş verdiyi bir neçə şəhərdə polis vəziyyətə nəzarəti itirib.

Bunu Fransanın daxili işlər naziri Loran Nunez "France Inter" radiosunun efirində etiraf edib.

“Bəli, bəzi şəhərlərdə vəziyyət nəzarətdən çıxıb ”, – deyə nazir bildirib. O əlavə edib ki, hüquq-mühafizə orqanları vəziyyəti tam proqnozlaşdıra bilməyiblər.

Nunez Fransa Prezidenti Emmanuel Makronun qəbul etmədiyi istefa ərizəsi ilə bağlı danışarkən deyib ki, baş verən hər şeyə görə məsuliyyət daşıdığım üçün istefa vermək barədə ərizə təqdim etmək qərarına gəlib.

Daxili işlər nazirinin sözlərinə görə, təkcə Parisdə bazar günü 350 nəfər saxlanılıb.

Ötən həftəsonu Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min nəfər olduğunu açıqlayıb. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarından iki dəfə çox olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑