Ukraynanın Moskvaya hava hücumları Rusiya paytaxtının hava nəqliyyatında ciddi problemlərə səbəb olub.
Gununsesi.info bildirir ki, hücumlar nəticəsində Domodedovo hava limanının fəaliyyətində fasilələr yaranıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, dünən axşam saatlarına qədər hava limanında təyyarələrin uçuşuna icazə verilməyib.
Məlumata əsasən, son iki gün ərzində Moskvadan Bakıya gəlməli olan dörd reys bu gün səhər saatlarına qədər gözləmədə qalıb.
Hava hücumları və uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən sərnişinlərin səfərlərində gecikmələr yaranıb.
Firuzə Mahmudova
Gununsesi.info



