Dünya · Yeni Sabah

Fransada nümayişlər davam edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada nümayişlər davam edir xəbəri üçün şəkil

Fransada kütləvi etirazlar davam edir. Oktyabrın 17-də ölkənin müxtəlif şəhərlərində yüz minlərlə insan küçələrə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, nümayişlərə tələbələr, həmkarlar ittifaqları, müxtəlif peşə sahibləri və “Sarı jiletlilər” hərəkatının fəalları qatılıb. Etirazçılar bahalaşmaya, sosial bərabərsizliyə, təhsil və dövlət xidmətlərindəki problemlərə etiraz edirlər.

Aksiyalar bir sıra şəhərlərdə polislə toqquşmalarla müşayiət olunub. Paris, Strasburq və digər şəhərlərdə qarşıdurmalar yaşanıb, mağazalara və ictimai binalara ziyan vurulub. Sezar pizza

Ölkə üzrə 1700-dən çox insan saxlanılıb. Fransa hökuməti zorakılığı pisləyib və hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑