Bu ilin avqust ayında Azərbaycandan 113 nəfər deportasiya edilib. Bu fakt ölkədə miqrasiya qaydalarına əməl olunması və qanunvericiliyin tələblərinin pozulması məsələsini yenidən gündəmə gətirir.
Bəs bu deportasiyanın səbəbləri nədir? Əsas pozuntular hansılardır?
Dövlət Miqrasiya Xidmətindən (DMX) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, miqrasiya qaydalarının və ölkəyə gəliş məqsədinin pozulması əcnəbilərin ölkədən inzibati qaydada çıxarılması ilə nəticələnə bilər:
“Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını, habelə ölkəyə gəlişlərinin bəyan edilmiş məqsədini pozmaları, eləcə də iş icazəsinin tələb olunduğu hallarda müvafiq icazə olmadan əmək fəaliyyəti ilə məşğul olmaları Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaları barədə qərarın qəbul edilməsinə əsas verir.
Günay Şahmar, Bizim.Media
113 əcnəbi Azərbaycandan deportasiya edildi - Hansı qaydaları pozublar?

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





