Dünya · Trend.az

Milanda iğtişaşlardan sonra 200-dən çox şəxs saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Milanda iğtişaşlardan sonra 200-dən çox şəxs saxlanılıb xəbəri üçün şəkil

Bakı. Trend:

İtaliyanın Milan şəhərinin mərkəzində baş verən iğtişaşlardan sonra 200-dən çox şəxs polis tərəfindən saxlanılıb. Onların təxminən 80 faizinin yetkinlik yaşına çatmadığı bildirilir.

Bu barədə “RAI News 24” telekanalı məlumat yayıb.

Məlumata görə, yaşayış xərclərindən və xidmətlərin keyfiyyətindən narazılıq fonunda başlayan iğtişaşlar zamanı etirazçılar mağaza və restoranların şüşələrini sındırıb, küçə infrastrukturuna ziyan vurub, zibil qutularını yandırıblar.

Polis iğtişaşların qarşısını almaq üçün xüsusi vasitələrdən və su şırnaqlarından istifadə edib. Günün sonunda vəziyyət nəzarət altına alınıb.

İtaliyanın Baş naziri Ciorcia Meloninin bazar ertəsi ictimai asayiş məsələləri ilə bağlı iclas keçirəcəyi bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑