ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinə rəsmi dəstək verməsi tarixi səhvi olacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, Ukraynada və ABŞ Konqresindəki tərəfdarları arasında narahatlıq doğuran bir sıra qərarlara baxmayaraq, Donald Trampı hələ də müttəfiqi hesab edir:
"Biz ona etibar etmək istəyirik. Ümid edirəm ki, o, qərarlarına yenidən baxacaq. Çünki hesab edirəm ki, bunların hamısı səhv qərarlardır və nə bizə, nə də ABŞ-a fayda verəcək".
Qeyd edək ki, Tramp cümə günü Konqresin Rusiyaya qarşı qəbul etdiyi yeni genişmiqyaslı sanksiyaları ləğv edib.






