Dünya · Azxeber.com

Rusiyalı KVN iştirakçıları Ukraynanın suverenliyinə qəsddə ittiham olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyalı KVN iştirakçıları Ukraynanın suverenliyinə qəsddə ittiham olundu xəbəri üçün şəkil
Bir neçə rusiyalı KVN iştirakçısı Ukraynanın "Mirotvorets" ("Sülhməramlı") saytının bazasına daxil edilib.
"RIA Novosti" xəbər verir ki, bazaya Ali Liqanın çempionu olmuş "Soyuz" komandasının dörd üzvü - Aydar Qarayev, Yelena Quşina, Aleksandr Alımov və Kirill Kokovkin daxil edilib.
Buna səbəb onların 2014-cü ildə çıxışları zamanı Krım haqqında "Sadəcə yarımadanı geri qaytardıq" mahnısını ifa etmələri olub.
"Mirotvorets" saytı KVN iştirakçılarını Rusiyaya açıq dəstək verməkdə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham edir.
Qeyd edək ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Saytın məqsədi "Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan" şəxsləri müəyyənləşdirmək və onların şəxsi məlumatlarını dərc etməkdir.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑