Dünya · Teleqraf

Trampın müşavirindən Zelenskiyə ağır ittiham: Ətrafı müharibədən qazanc götürür

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın müşavirindən Zelenskiyə ağır ittiham: Ətrafı müharibədən qazanc götürür xəbəri üçün şəkil

BAKI, 19 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sosial media və mətbuat məsələləri üzrə müşaviri Aleks Bruzevits Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın ətrafının müharibədən maddi mənfəət əldə etdiyini iddia edib.

Teleqraf.az xəbər verir ki, Bruzevits bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Prezident Tramp haqlıdır. Zelenski bu müharibənin başa çatmasına heç vaxt səmimi maraq göstərməyib. Çox güman ki, bunun səbəbi onun yaxın ətrafının müharibədən əvvəlkindən daha çox qazanc götürməsidir. Bu arada sadə ukraynalılar böyük əziyyət çəkməyə davam edirlər”, – müşavir bildirib.

Bruzevits Zelenskinin mövqeyini tənqid edərək Ukraynada rəhbərliyin dəyişməsinin vaxtının çatdığını da iddia edib.

“Bu, utancverici davranışdır. Ukraynanın yeni rəhbərlik seçməsinin vaxtı çatıb”, – o vurğulayıb.

Müşavir paylaşımına Trampın “Truth Social” hesabında Zelenskinin Rusiya ilə müharibəni bitirmək istəmədiyinə dair açıqlamasını da əlavə edib.

Qeyd edək ki, Bruzevitsin Zelenskinin ətrafı ilə bağlı səsləndirdiyi ittihamları təsdiqləyən konkret sübutlar təqdim olunmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑