Dünya · Trend.az

Kanadada partlayış və yanğın nəticəsində onlarla insan xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanadada partlayış və yanğın nəticəsində onlarla insan xəsarət alıb xəbəri üçün şəkil

Bakı. Trend:

Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt bazasında baş verən partlayış və ardınca meydana gələn yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 19-nun vəziyyəti kritikdir.

Bu barədə əyalətin rəhbəri Daniel Smit məlumat verib.

“Hazırda 39 xəstə xəstəxanaya yerləşdirilib, onlardan ən azı 19-nun vəziyyəti kritikdir”, – deyə o, Edmontonda jurnalistlərə bildirib.

Smit əlavə edib ki, zərərçəkənlərdən bəziləri ağır yanıq xəsarətləri alıblar. Onların bir neçə həftə, hətta ay ərzində intensiv müalicə alması tələb olunacaq.

Zərərçəkənlərin xəstəxanaya çatdırılması üçün 22 təcili tibbi yardım avtomobili, 6 təyyarə və 2 helikopter cəlb olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑