Dünya · Teleqraf

Kanadada hərbi bazada güclü partlayış: 39 nəfər xəstəxanaya yerləşdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanadada hərbi bazada güclü partlayış: 39 nəfər xəstəxanaya yerləşdirilib xəbəri üçün şəkil

BAKI, 19 oktyabr. TELEQRAF

Kanadanın Alberta əyalətində yerləşən Uenrayt hərbi bazasında baş verən partlayış və ardınca başlayan yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan azı 19-nun vəziyyəti ağırdır.

Teleqraf.az xəbər verir ki, bu barədə Alberta əyalətinin baş naziri Daniel Smit Edmontonda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaralılardan bəziləri ciddi yanıq xəsarətləri alıb və onların müalicəsi həftələrlə, hətta aylarla davam edə bilər.

Yaralıların təxliyəsinə 22 təcili tibbi yardım avtomobili, 6 təyyarə və 2 helikopter cəlb olunub.

Hadisə oktyabrın 17-də hərbi təlimlər zamanı baş verib. Kanadanın Baş naziri Mark Karni partlayış və yanğın nəticəsində 4 hərbçinin həlak olduğunu açıqlayıb. O, ölkədə matəm elan edərək federal binalarda bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.

“Global News” telekanalının məlumatına görə, yanğına hərbi təlim zamanı döyüş mərmisinin qaz kəmərinə düşməsi səbəb olub. Güclü külək alovun təlim poliqonundan kənara yayılmasına şərait yaradıb.

Telekanal hadisə nəticəsində ölənlərin sayının 7-yə çatdığını bildirib. Lakin bu rəqəm rəsmi məlumatla hələlik təsdiqlənməyib.

Hakimiyyət orqanları hadisənin terror aktı olmadığını açıqlayıb. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, yanğın güclü küləyin təsiri ilə sürətlə yayılıb. Hərbi təlimlər zamanı başlayan yanğının dəqiq səbəbi hələ müəyyən edilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑