Dünya · Azxeber.com

Tramp: Rusiyanı uzaqlaşdıracaq heç bir addım atmaq istəmirəm

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Rusiyanı uzaqlaşdıracaq heç bir addım atmaq istəmirəm xəbəri üçün şəkil
Rusiya ilə bağlı qərarım çox sadədir. Mən Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün sülh danışıqları aparıram və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq düşünülməmiş heç bir addım atmaq istəmirəm.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth” sosial hesabında paylaşımında bildirib.
Trampın sözlərinə görə, sülh danışıqlarında böyük irəliləyiş əldə olunur və bu, hazırda girovlarla bağlı aparılan danışıqlara da aiddir.
ABŞ Prezidenti qeyd edib ki, sanksiya sənədinin hazırda imzalanması Rusiyanın danışıqlar masasından uzaqlaşmasına səbəb ola bilər. O, həmin sənədi daha sonra, istədiyi vaxt imzalaya biləcəyini vurğulayıb.
Tramp, həmçinin Rusiyanın İrana imkanları ilə müqayisədə çox az yardım etdiyini və Vaşinqtonun bu vəziyyətin neqativ şəkildə dəyişməsini istəmədiyini bildirib.   ///azərtac///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑