Dünya · Publika.az

Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var xəbəri üçün şəkil

Kanadada Ueynrayt hərbi bazasında baş verən yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Kanadanın Alberta əyalətinin baş naziri Daniel Smitin sözlərinə görə, 19 nəfərin vəziyyəti kritikdir.

Oktyabrın 18-də səhər saatlarında "Global News" telekanalı Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi bazasında partlayış və irimiqyaslı yanğın baş verdiyini bildirib.

"Alberta vilayətində yanğın (partlayışdan sonra) sürətlə yayılaraq Ueynraytdakı silahlı qüvvələrin bazasını bürüyüb. Bu, Kanada Silahlı Qüvvələrinə dinc dövrdə təsir edən ən pis faciələrdəndir. Hazırkı vaxta qədər dörd hərbçi həlak olub. Vəziyyət sürətlə inkişaf edir", - Baş nazir Mark Karni Ottavada jurnalistlərə bildirib.

Ueynrayt hərbi bazası Kanadanın ən intensiv istifadə olunan hərbi təlim bazalarından biridir. Burada əsasən əsgərlər təlim keçir və bölmələr döyüş əməliyyatlarına hazırlanır.

Bazanın ərazisində, həmçinin hərbi bölmələri döyüş şəraitinə mümkün qədər yaxın şərtlərdə birgə fəaliyyətə hazırlayan Kanada Manevr Hazırlığı Mərkəzi və piyada qoşunlarının ilkin hazırlığının keçirildiyi 3-cü Kanada Diviziyasının Təlim Mərkəzi yerləşir.

Hüseyn İbadlı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑