Dünya · Modern.az

Məşhur ada satışa çıxarıldı – İnanılmaz qiymət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məşhur ada satışa çıxarıldı – İnanılmaz qiymət
Məşhur ada satışa çıxarıldı – İnanılmaz qiymət

Yunanıstanın Dodekanes arxipelaqında yerləşən Strongylo adası 5 milyon dollar ilkin qiymətlə satışa çıxarılıb.

Modern.az xəbər verir ki, Egey dənizində yerləşən ada şəxsi mülklərin satışı üzrə ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak platformasında siyahıya daxil edilib.

Strongylo adası toxunulmamış təbiəti və üç təbii çimərliyi ilə diqqət çəkir. Yunanıstan mediasının məlumatına görə, ərazi həm lüks yaşayış məkanı, həm də turizm sahəsinə investisiya yatırmaq istəyənlər üçün əlverişli hesab olunur.

Təxminən 219 min kvadratmetr əraziyə malik ada Lipsi adasının şimalında, Arki adaları qrupunda yerləşir. Patmos və Leros adalarına yaxın olsa da, Strongyloya yalnız dəniz yolu ilə çatmaq mümkündür.

Qeyd edək ki, ada əvvəllər məşhur aktyor Conni Depplə bağlı xəbərlərdə də gündəmə gəlib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑