Novosibirskdən Mahaçqalaya uçan Rusiyanın S7 aviaşirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstan üzərində qəza siqnalı verib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təyyarə uçuş zamanı qəfil istiqamətini dəyişərək Omsk istiqamətində hərəkət etməyə başlayıb. Təyyarənin göyərtəsində 189 sərnişinin olduğu bildirilir.



