Dünya · Modern.az

Putini ABŞ-dakı sammitdə görmək istəyirəm - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putini ABŞ-dakı sammitdə görmək istəyirəm - Tramp
Putini ABŞ-dakı sammitdə görmək istəyirəm - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etməsini istədiyini bildirib. Modern.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.

ABŞ lideri Putinin sammitə qatılıb-qatılmayacağını bilmədiyini deyib.

“Onun gəlib-gəlməyəcəyini bilmirəm. Amma əlbəttə, onu görməyə şad olardım”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl Vladimir Putini sammitdə iştiraka dəvət edib. Sentyabrda ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiya liderinə dəvət göndərdiyini təsdiqləyib və onun dəvəti qəbul edəcəyinə ümid etdiyini bildirib.

Rubionun sözlərinə görə, sammit Putin üçün təkcə Donald Trampla deyil, digər dünya liderləri ilə də ünsiyyət qurmaq imkanı yarada bilər.

G20 sammitinin dekabrda ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılır. Vladimir Putinin tədbirdə iştirak edib-etməyəcəyi hələ açıqlanmayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑