Dünya · Banker.az

ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib xəbəri üçün şəkil

ABŞ-ın danışıqlar aparan nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Avropa İttifaqı ölkələrinin nümayəndələrinə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları bərpa etmək məqsədilə Rusiya aktivlərinin bir hissəsinin dondurulmasının aradan qaldırılmasını təklif ediblər. Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı Böyük Britaniya, Fransa, Almaniya, NATO və Avropa İttifaqının nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı bir neçə variant təqdim ediblər. Təkliflər arasında Vaşinqtonun nəzarəti altında yeni xüsusi təyinatlı maliyyə alətinin yaradılması da olub.

FT yazır ki, bu ideya sülh sazişinin hazırlanması çərçivəsində müzakirə edilib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Avropa nümayəndələri Uitkoff və Kuşnerin planını rədd ediblər. Bununla belə, aktivlərin dondurulmasının aradan qaldırılması və həmin vəsaitlərin xərclənməsi mexanizmləri hələ də müzakirə mərhələsindədir.

Nəşr əlavə edib ki, Vaşinqton Kiyevdən istənilən mənbədən əldə ediləcək vəsaitlərin xərclənməsinə dair plan təqdim etməyi də istəyib. Bundan başqa, ABŞ Ukraynada korrupsiyaya qarşı mübarizə və hesabatlılığın təmin edilməsi istiqamətində islahatların aparılması üçün Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq təklif edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑