Dünya · Teleqraf

Türkiyədən Moskvaya uçan 5 təyyarə geri qaytarılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən Moskvaya uçan 5 təyyarə geri qaytarılıb xəbəri üçün şəkil

BAKI, 17 oktyabr. TELEQRAF

Türkiyənin Antalya şəhərindən Moskvaya uçan beş sərnişin təyyarəsi Vnukovo hava limanında tətbiq edilən təhlükəsizlik məhdudiyyətləri səbəbindən marşrutunu dəyişərək geri qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Bildirilib ki, Antalyadan Moskvaya istiqamətlənən beş təyyarə Polşa və Belarus üzərində uçuş istiqamətini dəyişərək Türkiyəyə geri dönüb.

Mənbənin sözlərinə görə, təyyarələrin İstanbulun yeni beynəlxalq hava limanında müvəqqəti eniş etməsi nəzərdə tutulur.

Onların İstanbuldan Moskvaya uçuşlarını nə vaxt davam etdirəcəyi hələlik məlum deyil.

Bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Qurum məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑