Dünya · Teleqraf

KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər xəbəri üçün şəkil

BAKI, 17 oktyabr. TELEQRAF

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin təhlükəsizliyini riskə atmamaq üçün Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “The American Conservative” jurnalının icmalçısı Cud Russo məqaləsində yazıb.

Müəllif Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşməsi, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra biləcəyi və “Starlink” peyk sisteminin fəaliyyətinə mümkün məhdudiyyətlər barədə məlumatları şərh edib.

“Bu, Ukrayna üçün pis xəbərdir, lakin heç də gözlənilməz deyil”, – Russo bildirib.

İcmalçının sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Amerika silah ehtiyatlarının azalması ilə bağlı aylardır xəbərdarlıqlar səsləndirilir.

“Reallıq nəhayət özünü göstərir”, – müəllif qeyd edib.

Russo hesab edir ki, ABŞ mövcud şəraitdə İranla müharibəni davam etdirə bilər. Lakin bu, digər bölgələrdə Amerika Silahlı Qüvvələrinin döyüş hazırlığının zəifləməsi hesabına baş verəcək.

Onun fikrincə, İranla müharibə Avropadakı münaqişədən daha çox diqqət və hərbi resurs tələb edir.

“Raket ehtiyatları məhduddur. ABŞ Ukraynaya görə öz silahlı qüvvələrinin təhlükəsizliyini və iqtisadi təhlükəsizliyini qurban verməyəcək”, – Russo vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑