Dünya · Azxeber.com

Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağ Ev Keti Zakariya ilə bağlı müəmmaya aydınlıq gətirdi xəbəri üçün şəkil
Ağ Ev cəmi 6 gün əvvəl mətbuat katibi vəzifəsinə təyin olunan Keti Zakariyanın yeni işə keçməsi səbəbindən postunu tərk etdiyini bəyan edib.
Ağ Ev rəsmisi "Fox News” telekanalına qadının mətbuat katibi postundakı fəaliyyətini mərhələli şəkildə yekunlaşdırdığını təsdiqləyib.
Qeyd edək ki, Zakariyanın bu vəzifəyə təyin olunması oktyabrın 9-da bəlli olmuşdu. O, bundan əvvəl amerikalı liderin "Truth Social” sosial şəbəkəsini idarə edən "Trump Media & Technology Group” şirkətində kommunikasiya üzrə müşavir vəzifəsini tuturdu. Zakariya ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar postunu tərk edən Kerolayn Levitti əvəzləmişdi.
Ancaq təyinatdan dərhal sonra böyük qalmaqal ortaya çıxıb. Zakariya vəzifəyə gəlməzdən əvvəl hüquq sahəsində çalışdığını iddia etmiş, Ağ Ev rəhbəri isə onu vəkil kimi təqdim etmişdi. Lakin sonradan məlum olub ki, yeni mətbuat katibinin heç bir vəkillik lisenziyası yoxdur, əksinə, o, lisenziya almaq üçün keçirilən imtahandan kəsilib.
Bundan əlavə, yerli KİV-in yazdığına görə, Zakariya illərdir sosial şəbəkələrdə konspiroloji nəzəriyyələr yayırmış.   ///qafqazinfo///
 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑