Dünya · Trend.az

İran husilər və Ər-Riyad arasındakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran husilər və Ər-Riyad arasındakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu açıqlayıb. xəbəri üçün şəkil

Bakı. Trend:

İran Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatı (husilər) ilə Səudiyyə Ərəbistanı arasında münaqişənin dinc yolla nizamlanmasına, tərəflərin belə bir xahişlə müraciət edəcəkləri təqdirdə, yardım göstərməyə hazırdır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai jurnalistlərlə deyib.

“İran İslam Respublikası hərbi əməliyyatların dayandırılmasına kömək etmək məqsədilə hər zaman xoşməramlı vasitəçilik xidmətləri göstərməyə hazır olub və hər iki tərəfin müraciəti əsasında bu məqsədlə bütün imkanlarından istifadə etməyə hazırdır”, – deyə İran Xarici İşlər Nazirliyi Baqainin sözlərini özünün "Telegram" kanalında yayıb.

Baqai Səudiyyə Ərəbistanı ilə husilər arasında fikir ayrılıqlarının dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, son 12 ildə baş verən hadisələr göstərib ki, kənardan müdaxilə, hərbi üsullar və blokada Yəmən probleminin həllinə imkan vermir.

XİN nümayəndəsi Tehranın “Ənsar Allah” hərəkatının Səudiyyə Ərəbistanına qarşı hücumlarında iştirakına dair iddiaları da təkzib edib.

“Yəmənin silahlı qüvvələri (burada husilər nəzərdə tutulur – TASS-ın qeydi) öz maraqları və qiymətləndirmələri əsasında hərəkət edirlər”, – deyə diplomat bildirib. O əlavə edib ki, İran münaqişənin daha da kəskinləşməsini tərəflərdən heç biri üçün faydalı hesab etmir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑