İran ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketlər hazırlayır və onları nüvə başlıqları ilə təchiz etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Foks Nyus”a müsahibəsində deyib.
“Beləliklə, ABŞ-ın hər bir şəhəri girov vəziyyətinə düşə bilər. İranın raket proqramı təkcə İsrail üçün deyil, həm də ABŞ üçün təhlükə yaradır.
Tehran Amerika şəhərlərini nüvə silahı ilə hədələmək imkanı əldə etməyə və bu təhdiddən Vaşinqtona təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Mövcud İran rejiminin aradan qaldırılması bu təhlükəyə qarşı durmağın yeganə yoludur”, - o bildirib.




