Polşa Rusiyanın Ukraynaya raket zərbələri endirməsi fonunda hərbi təyyarələrini havaya qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Polşa Silahlı Qüvvələrinin məlumatına görə, görülən tədbirlər ölkənin hava məkanını qorumaq və mümkün təhlükələrin qarşısını almaq məqsədi daşıyır.
Xüsusilə Ukrayna ilə sərhədə yaxın ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hərbi aviasiyanın fəaliyyətinə şərait yaratmaq üçün Lyublin və Jeşuv şəhərlərindəki hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
Polşa tərəfi bu addımları qabaqlayıcı tədbir kimi qiymətləndirib.
Əliyar Xəlil
Globalinfo.az



