Dünya · Globalinfo.az

Fransada gərginlik artır: Makron xalqa müraciət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada gərginlik artır: Makron xalqa müraciət edəcək xəbəri üçün şəkil

Fransada kütləvi etirazlar və küçə iğtişaşlarından sonra Prezident Emmanuel Makron xalqa müraciət edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının müraciəti oktyabrın 18-də yerli vaxtla saat 20:00-da, Bakı vaxtı ilə 22:00-da yayımlanacaq.

Qeyd edək ki, oktyabrın 17-də Fransanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları zorakılıq və talanlarla müşayiət olunub. İğtişaşlar zamanı dövlət binalarına və mağazalara ziyan vurulub. Baş nazir Sebastyan Lekornunun açıqlamasına görə, 1200 nəfər saxlanılıb. Prezident Makron isə zorakılıq törədənlərin cəzalandırılacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑