Dünya · Bizim.Media

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etdi”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etdi” xəbəri üçün şəkil

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.

Bizim.Media Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalının "Meet the Press" ("Mətbuatla görüş") proqramına verdiyi müsahibəsində bildirib.
 

Ukrayna lideri "müəyyən müddət" dayandırılan kəşfiyyat məlumatlarının mübadiləsi prosesinin ABŞ tərəfindən yenidən başladıldığını bəyan edib. Bununla belə, prosesin dəqiq hansı tarixdə bərpa olunduğu açıqlanmayıb.


Volodimir Zelenski həmçinin ABŞ nümayəndələri ilə növbəti danışıqların artıq bu həftə ərzində baş tutacağına ümid etdiyini bildirib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑