Dünya · Teleqraf

Trampdan Fransa hökumətinə çağırış: Sərhədləri bağlayın, ölkə yanır!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan Fransa hökumətinə çağırış: Sərhədləri bağlayın, ölkə yanır! xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

Yüksək immiqrasiya səviyyəsi Fransanın məhvinə gətirib çıxarıb və ölkə hakimiyyəti təcili olaraq sərhədləri bağlamalıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.

Tramp Fransadakı son iğtişaşları kəskin tənqid edib:

"Fransa yanır! Tamamilə başqa bir dünyadan gələn, qəlbləri nifrətlə dolu insanların immiqrasiyası bu bir vaxtlar əzəmətli olan ölkəni darmadağın etdi. Çox gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün!"

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və ölkə daxilində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, aksiyalarda 800 min, Daxili İşlər Nazirliyinin məlumatına görə isə 550 min nəfər iştirak edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑