Dünya · Baku.ws

Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi xəbəri üçün şəkil

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında hərbi mövcudluğun enerji qiymətlərinə təsiri barədə danışıb.

BAKU.WS xəbər verir ki, Vens "CBS" telekanalına müsahibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin neft və qazın Hörmüz boğazından daşınmasının təhlükəsizliyini təmin etməsinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə olmasaydı, ölkədə benzin qiymətləri indiki səviyyədən üç dəfə yüksək ola bilərdi. Vens həmçinin hərbi qüvvələrin bölgədən çıxarılmasının enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb ola biləcəyini deyib.

Vitse-prezident qeyd edib ki, Vaşinqton enerji təchizatının davamlılığını qorumağa və Tehrandan İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı konkret öhdəliklər almağa çalışır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑