Ölkə.az xəbər verir ki, bu barədə İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi bildirib.
"Bombaların anası"na qarşı mübarizə aparmaq üçün lazımi tədbirləri görmüşük və rahatıq. İşimizi əminliklə davam etdiririk", - o deyib.
Kitabçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçiləri bölgədən çıxarmalıdır:
"Əgər bir bomba atarsa, təhdidlərini şüardan əmələ çevirərsə, bunun nəticəsini görəcək".
Qeyd edək ki, "Bombaların anası" ABŞ ordusunun arsenalında olan ən böyük qeyri-nüvə bombasının - "GBU-43/B MOAB"nin ("Massive Ordnance Air Blast") məşhur adıdır.(Report)




.webp)
