Dünya · Bizim.Media

Yaponiya Marsın peykinə kosmik gəmi göndərir - Torpaq nümunələri gətirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiya Marsın peykinə kosmik gəmi göndərir - Torpaq nümunələri gətirəcək xəbəri üçün şəkil

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tarixdə ilk dəfə Marsın peyki Fobosdan torpaq nümunələrini Yerə gətirmək məqsədilə "Martian Moons eXploration" (MMX) missiyasını işə salır.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, NASA və digər beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilən layihə çərçivəsində aparatın "H3" raketi ilə çərşənbə axşamı buraxılması planlaşdırılır.

5 il davam edəcək missiya çərçivəsində aparatın 2027-ci ilin avqustunda Mars orbitinə çatması, 2031-ci ildə isə toplanmış nümunələrlə Yerə qaytarılması nəzərdə tutulur.

Tədqiqatlar Fobos və Deymos peyklərinin mənşəyini və Günəş sisteminin yaranma tarixini dəqiqləşdirməyə kömək edəcək.
 

Yaponiya aparatından əvvəl, 2029-cu ildə Fobosun səthinə Fransa və Almaniya tərəfindən hazırlanmış "Idefix" adlı kiçik avro-avtomobil enəcək. O, səthi öyrənərək torpaq nümunələrinin götürüləcəyi optimal yeri müəyyənləşdirəcək.


Yaponiya alimləri iki cəhdə ən azı 10 qram material toplamağı hədəfləyirlər. Toplanmış torpağın 0,1%-nin asteriod zərbələri nəticəsində Marsdan atılmış süxur hissəcikləri olacağı ehtimal edilir. Materiallar xüsusi kapsulda Avstraliya ərazisinə endiriləcək.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑