BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Neftçi” komandası “Ordu” ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş “ağ-qaralar”ın 83:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk matçında “LANDAU Lions” NTD-ni 102:68 hesabı ilə məğlub edib.
Ötən gün turun ilk oyununda “Sumqayıt” evdə “Naxçıvan”ı üstələyib – 87:76.





