“İnter” İtaliya A Seriyasının altıncı turunda doğma meydanda “Parma”nı 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada bütün qollar ilk hissədə vurulub.
Petar Suçiç 13-cü dəqiqədə hesabı açıb. Altı dəqiqə sonra Hakan Çalhanoğlu penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. Markus Türam isə 31-ci dəqiqədə Henrix Mxitaryanın ötürməsindən sonra oyunun yekun hesabını müəyyənləşdirib.
Mümkün 18 xaldan 16-nı toplayan “İnter” turnir cədvəlinə başçılıq edir. Dörd xalı olan “Parma” isə 17-ci pillədə qərarlaşıb.
Turun digər oyununda “Cenoa” doğma meydanda “Fiorentina”ya 2:1 hesabı ilə qalib gəlib.



