İdman · Publika.az

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi - FOTO xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib. E. Məmmədli bayrağı L. Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K. Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑