Futbol üzrə Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə qarşılaşıb. SİA xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1-1 hesabı ilə başa çatıb. "Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.
Turun digər bir qarşılaşmasında isə "Sumqayıt" "Qəbələ"yə qalib gəlib. Meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4-1 hesabı ilə məğlub edib.
Mətləb



