Türkiyə Super Liqasında VII turun oyunları davam edir.
"Trabzonspor” səfərdə "Samsunspor”la qarşılaşıb.
Trabzon təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək üç xalı aktivinə yazdırıb.
"Trabzonspor”un qollarını 28-ci dəqiqədə Ernest Muçi, 38-ci dəqiqədə Çibuyke Nvayvu və 40-cı dəqiqədə Frankulino Cu vurub. Qonaqlar 43-cü dəqiqədə Melih Kabasakalın birbaşa qırmızı vərəqə almasına baxmayaraq, üstünlüklərini sona qədər qoruyublar.
Günün digər görüşlərində "Gənclərbirliyi” "Amedspor”la 2:2, "Alanyaspor” isə "Erzurumspor”la 0:0 hesablı heç-heçə edib.
"Fənərbaxça” isə "Rizespor”u səfərdə 3:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi bununla ardıcıl ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, hər iki qalib komanda xalını 13-ə yüksəldib. ///apa.az///



