“Mənə demişdilər ki, ölkə başçımız, cənab Prezident İlham Əliyev gələcək, yarışı izləyəcək. Sanki elə bildim ki, o da bizi izləyir”.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu güləşçimiz Kənan Qasımov bürünc medal qazandıqdan sonra deyib.
“Rəşad Nəbiyevi, Elnur Məmmədlini – hər kəsi orada gördüm. Azərbaycan əsgəri olaraq salam verdim”, – deyə Kənan etdiyi hərəkətin mənasını da açıqlayıb.



