Dünya · SİA

Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüzdə 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb xəbəri üçün şəkil

Hörmüz boğazında iki milyon bareldən çox xam neft daşıyan tanker minaya düşüb. SİA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bəyanat yayıb.

"Qaydanı pozan bir supertanker Hörmüz boğazının cənubunda dəniz minasına çırpılıb, partlayış və yanğın baş verib", - bildirilib.

Qeyd olunub ki, iki milyon bareldən çox xam neftə malik tanker bütün radar sistemlərini söndürüb və SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayıb:

"Fars körfəzi ilə Oman dənizindəki gəmilərin sahibləri və heyəti icazə verilməyən marşrutlardan keçdiklərinə görə məsuliyyət daşıyırlar. Bu boğazın təhlükəsizliyini pozan istənilən fəaliyyətə qətiyyətlə cavab veriləcək".

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑