Salvador ordusunun hərbçiləri və Haiti Milli Polisi haitili quldur dəstələrinə qarşı genişmiqyaslı quru əməliyyatına başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Milli Polisin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Zirehli texnikanın dəstəyi ilə Kul-de-Sak düzənliyində keçirilən birgə əməliyyatın məqsədi qanunsuz nəzarət-buraxılış məntəqələrini ləğv etmək, cinayətkar qruplaşmaların əhaliyə qarşı törətdiyi adam oğurluqları və zorakılıq halları ilə mübarizə aparmaqdır.
İspaniyanın EFE informasiya agentliyinin məlumatına görə, əməliyyat zamanı iri Chen Mechan və 400 Mawozo quldur dəstələrinin darmadağın edilməsi nəzərdə tutulur. Hər iki cinayətkar qruplaşma Port-o-Prensin ətrafında pusquya düşmüş dörd salvadorlu hərbçinin itkin düşməsində iştirak edir.
Oktyabrın 29-da Salvador hakimiyyətinin dörd salvadorlu aviatexniki xilas etmək məqsədilə Haitidə genişmiqyaslı əməliyyata 2 mindən çox hərbçi cəlb edəcəyi barədə məlumat yayılmışdı. Girovların azad edilməsi üzrə hərbi əməliyyatın başlanacağını Prezident Nayib Bukele oktyabrın 22-də elan etmişdi. O, girov götürülənlər sağ-salamat azad edilməyəcəyi təqdirdə quldur dəstələrinin liderlərini sərt tədbirlərlə hədələmişdi.
Hüseyn İbadlı





